Ulviyya Guliyeva (Azerbaycan 30.09.2020)- Hibya -Türk Hava Yolları (THY) şirkəti bəzi sosial mediada hesablarında Azərbaycana həyata keçirilən planlı uçuşların təxirə salınması ilə bağlı yayılan informasiyanı təkzib edib.
Bu barədə THY-nin media müşaviri Yahya Üstün şəxsi “Twitter” hesabında bildirib.
Məlumatda qeyd edilir ki, dost və qardaş ölkə, can Azərbaycana olan uçuşlarımız planlı şəkildə həyata keçirilir. Bəzi sosial media kanallarında, uçuşlarımızın təxirə salınması ilə bağlı paylaşılan məlumatlar həqiqətə uyğun deyil.
Hibya Haber Ajansı
Hiç yorum yok:
Yorum Gönder