İstanbulda inşa edilən iki xəstəxanada tikinti işləri yekunlaşmaq üzrədir.
Xbr.az xəbər verir ki, hazırda bu tibb müəssisələrində son tamamlama işləri aparılır.
Biri Atatürk Hava Limanında, digəri işə şəhərin Sancaqtəpə ərazisində inşa edilən xəstəxanaların baş verə biləcək epidemiya, zəlzələ kimi təbii fəlakət və fövqəladə vəziyyətlərdə istifadəsi planlaşdırılır.
Qeyd edək ki, təməli aprelin 9-da atılan xəstəxana binalarının mayın 24-də istifadəyə verilməsi planlaşdırılır.
Hiç yorum yok:
Yorum Gönder