İller

13 Haziran 2020 Cumartesi

Misirdə COVID-19-a yoluxanların sayı 40 min nəfəri keçib


Misirdə yeni növ koronavirusa yoluxanların sayı 40 min nəfəri keçib.

Ölkənin Səhiyyə Nazirliyi iyunun 12-də pandemiya ilə bağlı son vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat katibi Xalid Meqahed bildirib ki, son sutka ərzində COVID-19 virusuna rekord sayda - 1577 nəfər yoluxub və beləliklə, ölkədə yoluxma halları 41 303 olub. O əlavə edib ki, Misirdə daha 45 nəfər yeni növ koronavirusun qurbanı olub, həyatını itirən pasiyentlərin ümumi sayı isə 1422 nəfərdir. Bundan başqa, son sutkada karantin xəstəxanalarında müalicə olunan 417 pasiyent sağalıb və xəstəlikdən şəfa tapanların ümumi sayı 11 108 nəfərə çatıb.

Dövlət karantin xəstəxanaları ilə yanaşı, Misirdə özəl xəstəxanalar da ödənişli şərtlərlə yeni növ koronavirus xəstələrini qəbul edir. Bu ölkənin Səhiyyə Nazirliyi pasiyentlər üçün maksimum qiymətləri müəyyən edib. Belə ki, özəl klinikalarda palatanın gündəlik qiyməti 93 dollar, süni tənəffüs aparatından istifadə 465 dollardır.

 



Hiç yorum yok:

Yorum Gönder